Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...

27 Sentyabr 2026 15:47

Belaruslu məşhur tennisçi Arina Sabalenka ilə Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigesin Milanda qarşılaşması maraqlı anlarla yadda qalıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Sabalenka və Rodriges Gucci-nin moda nümayişində görüşərək bir-birlərinin nişan üzüklərinə baxıblar. Tennisçi Corcinanın üzüyünü xüsusilə bəyənib və onun fotosunun çəkilməsini istəyib.

Sabalenka daha sonra həmin şəkli nişanlısına göndərəcəyini bildirərək zarafatla nişan üzüyünün əslində necə görünməli olduğunu ona göstərmək istədiyini deyib.

Mövcud hesablamalara əsasən, Sabalenkanın üzüyünün dəyəri təxminən 500 min-1 milyon dollar, Rodrigesin üzüyünün qiyməti isə 2-5 milyon dollar arasında qiymətləndirilir. Hər iki zinət əşyasının dəqiq qiyməti ictimaiyyətə açıqlanmayıb.

Arina Sabalenka dünya tennisinin ən tanınmış simalarından biridir. Corcina Rodriges isə portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldonun həyat yoldaşıdır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)