Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)

27 Sentyabr 2026 16:06

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş estetik əməliyyatdan sonra yeni görünüşü ilə gündəmə gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, müğənninin əməliyyatdan sonra çəkilən fotolarında üzündəki dəyişiklik diqqətdən yayınmayıb. Onun yeni görünüşü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

51 yaşlı sənətçi bir neçə ay əvvəl üzgərdirmə əməliyyatı etdirdiyini açıqlayıb. Gündeş estetik müdaxilə üçün təxminən 10 milyon Türkiyə lirəsi xərclədiyini deyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)