İran Prezidenti Məsud Pezeşkian Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirdiyi görüşlərdə qarşı tərəfi ABŞ və İsrailin ölkəsinə hücumları barədə məlumatlandırıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Pezeşkian ABŞ səfərindən İrana qayıdan kimi canlı yayımda deyib.
"Keçirdiyimiz bütün görüşlərdə Amerika və İsrailin törətdikləri cinayətləri bəyan edirdik", - o bildirib.
İran Prezidentinin fikrincə, İsrailin Yaxın Şərqdəki fəaliyyəti Vaşinqton tərəfindən dəstəklənir:
"İsrailin Amerikanın dəstəyi ilə müxtəlif ölkələrdə insanlara qarşı hücumlar həyata keçirilir. Alimlər, xalq və ölkə infrastrukturu hücum hədəfinə çevrilib və birbaşa xalqı hədəfə alan sanksiyalar müdafiə edilə bilməz".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)