Ağsu aşırımında aktivlik artıb - (Video)

26 Sentyabr 2026 23:21

Ağsu aşırımı ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son günlərdə ölkənin dağlıq və dağətəyi bölgələrində müşahidə olunan intensiv yağıntılar Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində fəsadlara səbəb olub.

Yolun 147-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)