Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)

26 Sentyabr 2026 22:04

İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qadın qrupumuz - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva 28.580 xalla temp hərəkətləri proqramında qızıl medal qazanaraq dünya çempionu olublar.

Bu barədə Milli.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Eyni yarışda kişi cütlüyümüz - Murad Rəfiyev və Daniel Abbasov 28.950 xalla balans hərəkətləri proqramında bürünc medalın sahibi olublar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)