"Kanal D"də yayımlanan "Uzak Şehir" serialının aktyor heyətinə yaxın günlərdə ustad aktyor Taner Turan qoşulacaq.
Milli.Az xəbər verir ki, Turan məşhur serialda "Mirza" obrazını canlandıracaq. Bölgənin nüfuzlu tayfa başçılarından biri olacaq "Mirza" hekayədə gərginliyin daha da artmasına səbəb olacaq. (olay)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)