Əməkdar artist Mehriban Xanlarova bir müddətdir verilişlərdə görünməməsinin səbəbini açıqlayıb.
Milli.Az xəbər verir ki, aktrisa bu barədə canlı yayımda olarkən danışıb. O, hazırda işləmədiyini və yalnız sənəti ilə məşğul ola biləcəyini deyib.
"İşləmirəm. Sənətimi bilirsiniz, aktrisalıqdan başqa heç nə işləyə bilmərəm. Küsmüşəm, özümə qapanmışam. Ona görə efirə çıxmıram" deyə, M.Xanlarova bildirib. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)