Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)

26 Sentyabr 2026 20:02

Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərin kimliyi müəyyənləşib.

Milli.Az-ın məlumatına görə, hadisə nəticəsində rayonun Poladlı kənd sakinləri, 1970-ci il təvəllüdlü Tələt Cəfərov və 1966-cı il təvəllüdlü Novruz Cəfərov ölüb.

Qəza zamanı "Hyundai" markalı avtomobildə olan Aşağı Avşar kənd sakini, 2004-cü il təvəllüdlü Həsən Rüstəmov da xəsarət alıb. O, tibbi yardım göstərilməsi üçün Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

-----------

Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" və VAZ-2107 markalı avtomobillər toqquşub.

Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki qardaş həyatını itirib.

Hazırda hadisənin təfərrüatları və ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)