Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)

26 Sentyabr 2026 18:33

Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Siyəzən rayon ərazisində olub.

Belə ki, "Mercedes" markalı yük avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib, nəticəsində yük avtomobili əvvəlcə "Opel" markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarına aşıb.

Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)