“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)

26 Sentyabr 2026 18:50

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Masazır dairəsi" adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub.

Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)