"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb

26 Sentyabr 2026 16:14

"Uilyams" pilotu Aleksandr Albon "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza törədib.

Milli.Az xəbər verir ki, onun idarə etdiyi bolid baryerə dəyib.

Trasa təhlükəsizlik maşını girib və sürücü mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, yarış bu gün başa çatacaq.