Paytaxtın Sabunçu rayonunda tikilməkdə olan evlərdən dəyəri 10 000 manat olan elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən H. Xəlilov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)