Metroda kişi qatar yoluna tullanıb

25 Sentyabr 2026 22:15

25 sentyabr saat 17:53-də Bakı metropoliteninin "Memar Əcəmi" - "20 Yanvar" mənzilində sərnişin (kişi) qatar yoluna tullanıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb. Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.

13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)