Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

26 Sentyabr 2026 00:38

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib.

Milli.Az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:

"Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum var idi ki, müəllim olum. Bağçam, musiqi məktəbim olsun. Arzularımın ardınca getdim. Hətta magistr pilləsində kinorejissorluq fakültəsini bitirdim. Hamı deyirdi ki, tayların ərə gedir, sən isə təhsil alırsan. Bu ərəfədə film də çəkdim, daha sonra müəllimlik etməyə başladım". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)