Milli.Az xəbər verir ki, rafinə edilmiş ağ unun əksinə karbohidrat nisbəti son dərəcə aşağı olan badam unu yüksək nisbətdə keyfiyyətli bitki mənşəli zülal, lif və doymamış sağlam yağlar ehtiva edir. Təbii olaraq qlüten ehtiva etməməsi sayəsində çölyak xəstələri, qlüten həssaslığı olanlar və bu zülal qrupundan qaçaq istəyənlər üçün təhlükəsiz istehlak alternativi təqdim edir. Güclü E vitamini mənbəyi olan badam unu hüceyrələri sərbəst radikalların zərərlərindən qoruyur, eyni zamanda sümük və əzələ funksiyaları üçün həyati əhəmiyyət daşıyan maqnezium, dəmir və kalsium minerallarını yüksək miqdarda ehtiva edir. Qan şəkərini sürətlə yüksəldən yüksək glisemik indeksli unların əksinə, badam ununun qan şəkəri səviyyəsini tarazlıqda saxlamağa kömək etdiyi, bu xüsusiyyəti ilə insülin müqaviməti və tip-2 diabetin idarə olunmasına dəstək olduğu bilinir.
Ürək sağlamlığını dəstəkləyir
Ürək sağlamlığını dəstəkləyən təkli doymamış yağ turşuları baxımından zəngin olan badam unu təkcə pəhriz saxlayanların deyil, eyni zamanda mətbəxdə sağlam və yaradıcı reseptlər sınamaq istəyənlərin də sevimlisinə çevrilib. Çörəklərdən qurabiyələrə, kekslərdən sousların qatılaşdırılmasına qədər geniş istifadə sahəsinə malik olan bu un xəmir işlərinə yüngül və tox tutucu xüsusiyyət qazandırır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)