Deniz Baysal boşandı - (Foto)

25 Sentyabr 2026 22:02

Türkiyəli aktrisa Deniz Baysal və müğənni Barış Yurtçu boşanıb.

Milli.Az xəbər verir ki, "Taşacak bu deniz" serialında "Esmə" obrazını canlandıran aktrisa ilə musiqiçi bu gün keçirilən məhkəmə iclasında 7 illik evliliklərini rəsmən sonlandırıblar.

Təxminən 10 dəqiqə davam edən məhkəmə iclasında Deniz Baysal və Barış Yurtçu qarşılıqlı razılaşma əsasında boşanıblar.

Qeyd edək ki, cütlük 2019-cu ildə ailə qurmuşdu.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)