Müavinət və təqaüd alanlara şad xəbər

25 Sentyabr 2026 17:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən də Naxçıvan Muxtar Respublikası üzrə bu ayın sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri həyata keçirilib.

Beləliklə, sentyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.