"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibinə mükafatı verilib.
Milli.Az xəbər verir ki, yarışdan sonra ilk üç yeri tutan pilotlara mükafatlar təqdim edilib.
"Rodin Motorsport" təmsilçisi Aleks Dann birinci, onun komanda yoldaşı Martinius Stenşorne ikinci, "Dams Lukas Oil" komandasından Dino Beqanoviç üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da yekunlaşacaq.
Müəllif: Tural Hüseyn