ABŞ Prezidenti Donald Trampın administrasiyası CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinə yenidən icazə verib.
Milli.Az xəbər verir ki, bu barədə sözügedən media qurumları məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 24-də məhkəmə həmin jurnalistlərin Ağ Evə girişinin 14 gün müddətinə bərpa olunmasına qərar vermişdi. Buna baxmayaraq, müxbirlər səhər saatlarında yenidən maneələrlə qarşılaşıblar.
Media qurumlarının məhkəməyə müraciətindən sonra jurnalistlərin girişinə icazə verilib. CNN və "Politico" əməkdaşları da buraxılış vəsiqələrinin bərpa edildiyini təsdiqləyiblər.
Xatırladaq ki, Tramp sentyabrın 18-də bu üç media qurumunun müxbirlərinin Ağ Evə girişini məhdudlaşdırmışdı.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)