Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)

27 Sentyabr 2026 13:14

Hindistanlı iş adamı Vijay Mallyanın Bengaluru şəhərindəki göydələnin damında inşa etdirdiyi dəbdəbəli malikanə diqqət çəkib.

Milli.Az xəbər verir ki, təxminən 3700 kvadratmetr ərazini əhatə edən tikilidə böyük yaşayış sahələri ilə yanaşı, üzgüçülük hovuzu, bağlar və helikopter meydançası da yerləşir.

"Ağ Ev" adlandırılan malikanənin dəyərinin təxminən 20 milyon dollar olduğu bildirilir. Göydələnin damında yerləşən bu qeyri-adi mülk Mallyanın hüquqi problemləri səbəbindən uzun müddətdir istifadə olunmur və boş vəziyyətdə qalır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)