Naxçıvanlı dələduzluqla bağlı saxlanılan idmançı Əmrah Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsində hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, naxçıvanlı atlet Əmrah Nağıyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əmrah Nağıyev vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunur.
Polis əməkdaşları tərəfindən keçirilən nəticəsində o, saxlanılıb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)