"Real Madrid"in əfsanəvi futbolçusu Zinəddin Zidan Arda Güler və Cud Bellinqemin müqayisəsi ilə bağlı fikirlərini bölüşüb.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Zidan bildirib ki, iki futbolçu arasında seçim etməyə çalışmağın düzgün yanaşma olmadığını düşünür. Onun sözlərinə görə, Cud Bellinqem tamhüquqlu yarımmüdafiəçidir, Arda Güler isə fərqli xüsusiyyətlərə malikdir.
"İnsanların ikisi arasından birini seçməyə çalışdığını görürəm, amma düşünürəm ki, bu, səhvdir. Jude artıq əsl bir yarımmüdafiəçidir, amma Ardada fərqli bir şey var.
Əgər "Real Madrid" məndən 10 nömrə mövqeyi üçün kimi seçəcəyimi soruşsa, Ardanı həmin mövqeyə yerləşdirərdim. Başqa bir superulduz həmin mövqedə oynayır deyə təbii yaradıcı futbolçunu ən uyğun olduğu mövqedən uzaqlaşdırmaq olmaz", - deyə Zidan vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)