İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?

25 Sentyabr 2026 15:10

Toyota avtomobilləri keyfiyyəti, dözümlülüyü və etibarlılığı ilə dünyanın müxtəlif ölkələrində sürücülərin etimadını qazanıb. Regionumuzda da Toyota etibarlı sürüş təcrübəsi və uzunmüddətli dəyər təqdim edən ən çox seçilən avtomobil markalarından biridir.

 

Toyota-nın keyfiyyətə olan diqqəti avtomobil istehsal xəttindən çıxdıqdan sonra da davam edir.

 

Davamlı təkmilləşmə - Kaizen fəlsəfəsinə uyğun olaraq, şirkət avtomobillərin bütün istismar müddəti boyunca göstəricilərini izləyir, təhlükəsizlik və müştəri məmnuniyyətini ən yüksək səviyyədə qorumaq üçün zəruri addımları vaxtında atır.

 

Bu yanaşmanın mühüm istiqamətlərindən biri xüsusi servis kampaniyalarının, yəni geri çağırma kampaniyalarının həyata keçirilməsidir. Belə kampaniyalar istehsalçı müəyyən avtomobil qrupuna təsir edə biləcək potensial uyğunsuzluq aşkar etdikdə başladılır. Məsələdən asılı olaraq avtomobilin yoxlanılması, proqram təminatının yenilənməsi və ya müəyyən detalın rəsmi diler şəbəkəsində dəyişdirilməsi tələb oluna bilər. Bütün bu xidmətlər avtomobil sahibinə ödənişsiz təqdim edilir.

 

Geri çağırma kampaniyaları qlobal avtomobil sənayesində standart təcrübədir və bir çox istehsalçını əhatə edir. Bunun ən genişmiqyaslı nümunələrindən biri Takata hava yastıqları üzrə qlobal təhlükəsizlik kampaniyasıdır.

 

Kampaniya çərçivəsində aidiyyəti avtomobillər yoxlanış üçün müəyyənləşdirilmiş, zəruri hallarda isə hava yastığının müvafiq komponentləri dəyişdirilmişdir. Bu kampaniya avtomobil sənayesinin potensial təhlükəsizlik risklərinə vaxtında reaksiya vermək və müştəriləri qorumaq öhdəliyini nümayiş etdirmişdir.

 

Avtomobilinizin kampaniyaya aid olub-olmadığını Toyota-nın onlayn geri çağırma yoxlama sistemində şassi nömrəsini (VİN)daxil etməklə asanlıqla öyrənə bilərsiniz. Avtomobil aktiv servis kampaniyasına daxildirsə, sistemdə müvafiq bildiriş və növbəti addımlar barədə məlumat təqdim olunacaq.

 

Şassi nömrənizi (VIN) aşağıdakı keçiddə yoxladıqdan sonraəgər avtomobiliniz geri cağırma kampaniyasına daxildirsə ən yaxın rəsmi Toyota dilerinə müraciət edə bilərsiniz:

 

https://www.sarii-app.toyota/takata-recall-checker.html

 

Avtomobiliniz şassi nömrəsini nəqliyyat vəsitəsinin texniki pasportunda və ya nəqliyyat vasitəsinin özündə tapa bilərsiniz.

 

Tələb olunan bütün yoxlanış və təmir işləri Toyota-nın rəsmi diler şəbəkəsində tam ödənişsiz həyata keçiriləcək:

 

• Toyota Bakı Mərkəzi
• Toyota Abşeron Mərkəzi
• Toyota Gəncə Mərkəzi

Diler nümayəndələri sizə lazımi dəstəyi göstərəcək, tələb olunan yoxlanış və ya təmir üçün uyğun vaxt təyin edəcəklər.

 

İşimizi şansa buraxmayaq.
Təhlükəsizliyiniz bizim üçün önəmlidir.