Bakıda anbarda güclü yanğın başladı

25 Sentyabr 2026 14:32

Paytaxtın Xətai rayonunda, "NZS" ərazisində təkər tullantıları yığılmış anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)