"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarış yekunlaşıb.
Finişə birinci çatan pilot bəlli olub.
"Rodin Motorsport" təmsilçisi Aleks Dann bütün rəqiblərindən üstün olub. Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, "Dams Lukas Oil"dən Dino Beqanoviç isə üçüncülüklə kifayətlənib.
xxx
"Formula-2" üzrə Azərbaycan Qran-prisinin birinci əsas yarışında ciddi insident yaşanıb.
Milli.Az xəbər verir ki, yarışın startından əvvəl "Prema Racing" komandasının pilotu Sebastian Montoya idarəetməni itirərək təhlükəsizlik maneəsinə çırpılıb. Nəticədə kolumbiyalı pilotun bolidi trasdan götürülüb və o, mübarizəni davam etdirə bilməyib.
"Prema Racing"in digər pilotu Mari Boya da texniki problem səbəbindən yarışdan kənarda qalıb. Onun bolidi trasda hərəkətsiz vəziyyətdə qalıb və təhlükəsizlik maşınının köməyi ilə ərazidən çıxarılıb.
Bundan başqa, yarışın gedişində bir neçə bolidin iştirakı ilə qəza baş verib. Hadisədən sonra trasda təhlükəsizliyin təmin olunması məqsədilə qırmızı bayraq qaldırılıb və yarış müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
xxx
"Formula-2" üzrə Azərbaycan Qran-prisinin ilk əsas yarışı start götürüb.
Milli.Az xəbər verir ki, Bakıdakı yarış saat 14:15-də başlayıb və 15:20-də başa çatacaq.
İlk əsas yarışın proqramına əsasən, pilotlar 29 dövrə mübarizə aparacaq. Yarışın müddəti 60 dəqiqə, üstəgəl 1 dövrə olaraq müəyyənləşdirilib.
Qeyd edək ki, "Formula-2" üzrə ikinci əsas yarış sentyabrın 26-da saat 11:00-da keçiriləcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)