Prezident Vladimir Putin Andrey Kelini Rusiyanın Böyük Britaniyadakı səfiri vəzifəsindən azad edib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edək ki, Kelin 2019-cu ilin noyabr ayında prezidentin fərmanı ilə Rusiyanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib və bu vəzifədə Aleksandr Yakovenkonu əvəz edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)