Rusiyada məşhurlaşan Azərbaycan əsilli reper Navai (Nəvai Bəkirov) mühafizəçisinə etdiyi hədiyyə ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, reper 7 ildir yanında çalışan mühafizəçisinə avtomobil bağışlayıb. Hədiyyə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Navai avtomobili mühafizəçisinə ad günü münasibətilə təqdim etdiyini bildirib. Paylaşılan kadrlarda onun hədiyyəni mühafizəçisinə təqdim etdiyi anlar əks olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)