Burak Yılmazın yeni iş yeri bəlli oldu

25 Sentyabr 2026 13:35

Türkiyəli məşqçi Burak Yılmazın yeni iş yeri bəlli olub.

Milli.Az xəbər verir ki, o, Türkiyə Süperliqasının yeni dübütantı "Çorum"u çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Burak Yılmaz daha əvvəl "Beşiktaş", "Kayserispor", "Kasımpaşa" və "Qaziantep" klublarında baş məşqçi olub. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)