Kelvin Harris Bakını coşdurdu: Formula 1 azarkeşlərinə unudulmaz gecə (Foto)

25 Sentyabr 2026 12:17

Dünya şöhrətli DJ və prodüser Kelvin Harris Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edib.

Baku Crystal Hall-da keçirilən konsertdə minlərlə Formula 1 azarkeşi və elektron musiqi həvəskarı iştirak edib. Gecə ərzində Kelvin Harris dünya hitlərini səsləndirib, möhtəşəm işıq şousu və xüsusi effektlərlə müşayiət olunan çıxışı ilə tamaşaçılara yaddaqalan anlar yaşadıb.

Konsert zamanı "Feel So Close", "Summer" və digər məşhur kompozisiyalar səslənib. Tamaşaçılar mahnıları DJ ilə birlikdə ifa edib, Kelvin Harris isə səhnədən dəfələrlə Bakı publikasına müraciət edərək azarkeşlərlə ünsiyyət qurub.

Şounun müxtəlif anlarında Baku Crystal Hall Azərbaycan bayrağının rənglərinə - mavi, qırmızı və yaşıl rənglərə boyanıb.

Qeyd edək ki, Kelvin Harris elektron musiqinin ən tanınmış simalarından biridir. "We Found Love", "Summer", "One Kiss" və bir sıra digər dünya hitlərinin müəllifi olan şotlandiyalı DJ "Grammy" mükafatına layiq görülüb və dünyanın ən böyük musiqi festivallarında çıxış edib.

Kelvin Harrisin Bakıdakı konserti Azərbaycan Qran-Pri həftəsinin əyləncə proqramının əsas tədbirlərindən biri olub.

Müəllif: Tural Hüseyn