ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər

25 Sentyabr 2026 13:08

ABŞ üçtərəfli görüşün Birləşmiş Ərəb Əmirliklərində texniki formatda keçirilməsini təklif edib, Ukrayna tərəfi ABŞ-dən görüşün tarixi ilə bağlı təklif gözləyir.

"İnterfaks-Ukrayna"nın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Üçtərəfli görüşə gəlincə, Amerika tərəfi onun hazırlanmasını təklif edib. Üçtərəfli formatda texniki səviyyədə görüş keçirilməsi nəzərdə tutulur. ABŞ-dən tarixlə bağlı təklif gözləyirik. Məkana gəlincə, ABŞ Əmirlikləri təklif edib", - deyə Zelenski cümə günü jurnalistlərə bildirib.

O həmçinin bildirib ki, Ukrayna və ABŞ-nin danışıqlar qrupları Avropa tərəfi ilə məsləhətləşmələr aparmaq barədə razılığa gəlib. Bundan sonra ABŞ 10 gün ərzində Rusiya ilə təmaslar saxlayacaq və tərəflər müəyyən nəticə ilə danışıqlara qayıdacaqlar.

"ABŞ Prezidenti ilə görüşümüz oldu və ümumi məsələləri müzakirə etdik. Bundan sonra bizim danışıqlar qruplarımız müvafiq detalları müzakirə etmək üçün ayrıca və uzunmüddətli görüş keçirdilər. Razılaşma belədir: biz bu detallarla bağlı Avropa tərəfini məlumatlandıracaq və onlarla müzakirələr aparacağıq. Amerikalılar ruslarla danışacaq və 10 gündən sonra bu və ya digər mövqeyimiz və nəticə ilə geri qayıdacağıq", - deyə Zelenski jurnalistlərə bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)