Tramp ona qartal heykəli hədiyyə etdi

25 Sentyabr 2026 13:28

ABŞ Prezidenti Donald Tramp Çinin dövlət başçısı Si Cinpinə ölkənin əsas simvollarından olan ağbaş qartal heykəli bağışlayıb.

Milli.Az xəbər verilir ki, hədiyyə Çin liderinin ABŞ-yə səfəri çərçivəsində Ağ Evdə keçirilən ziyafət zamanı təqdim olunub.

Tramp heykəlin dostluq rəmzi olduğunu bildirib. Onun sözlərinə görə, əsərin hazırlanmasında özü və həyat yoldaşı Melaniya Tramp da iştirak edib.

Qanadlarını açmış qartal formasında olan heykəlin müəllifi və hansı materialdan hazırlandığı açıqlanmayıb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)