Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən C.Qasımlı saxlanılıb.
Onun üzərindən 11 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə edib. O, narkotikləri paytaxt ərazisində yaymaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)