Qazaxıstanda matəm günüdür

25 Sentyabr 2026 11:26

Qazaxıstanda hərbi qulluqçuların Manqistau vilayətində faciəvi şəkildə həlak olması ilə əlaqədar matəm günüdür.

Milli.Az xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.

Respublika ərazisində dövlət bayraqları yarıya qədər endirilib, əyləncəli tədbirlər və televiziya kanallarında əyləncə proqramlarının yayımı ləğv edilib.

Qeyd edək ki, Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. Məlumata görə, hərbçilərdən 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)