"Trabzonspor"un futbolçusu Ozan Tufanın ailəsi ilə birlikdə paylaşdığı yeni foto sosial şəbəkələrdə maraq doğurub.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, paylaşımda diqqəti futbolçunun geyindiyi fərqli dizaynlı ayaqqabı çəkib.
İlk baxışda klassik ayaqqabını xatırladan model burun hissəsinin iki yerə ayrılması ilə seçilir. Qeyri-adi dizayn sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub. Bəzi izləyicilər ayaqqabının görünüşünü bəyənsə də, digərləri modeli tənqid edib.
Məlumata görə, Ozan Tufanın seçdiyi ayaqqabının qiyməti 80 950 Türkiyə lirəsi, yəni təxminən 2 820 manatdır. Məhsulun yüksək satış qiyməti də sosial şəbəkələrdə müzakirə olunan məqamlardan biri olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)