Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü

25 Sentyabr 2026 09:27

Şəmkirdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də qeydə alınıb.

Belə ki, Vidadi Vəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən piyada Almaz Ədil qızı Qasımovanı vurub.

Yaralı aldığı xəsarətlərdən müalicə olunduğu Şəmkir Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)