Sumqayıtda baş verən qəzada bir nəfər ölüb

25 Sentyabr 2026 00:34

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub, nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)