Ucar rayonunun Yuxarı Çiyni kəndində yaşayan 29 yaşlı Elman Əliyev 15 ildir distoniya xəstəliyi ilə mübarizə aparır. Ailəsi onun müalicəsi üçün lazım olan iynə və dərmanları almaqda çətinlik çəkir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ailəsinin sözlərinə görə, xəstəlik Elmanda 14 yaşından sonra yaranıb. Həmin vaxtdan etibarən onun müalicəsi üçün müxtəlif xəstəxanalara müraciət ediblər.
2019-cu ildə Elmana ikinci qrup əlilliyə görə pensiya təyin olunub. Lakin ailənin bildirdiyinə görə, 2026-cı ilin yanvar ayından etibarən pensiya ödənişi dayandırılıb. Hazırda ailə Elmanın müalicəsi üçün lazım olan iynə və dərmanları almaqda maddi çətinlik çəkir. Yaxınları pensiyanın bərpa olunmasını və yaranmış problemin həllini istəyirlər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)