Çin sədri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Ağ Evə gəlişindən əvvəl çinli fotoqraflar, onların amerikalı həmkarı və dövlət başçılarını qoruyan Məxfi Xidmətin əməkdaşları arasında mübahisə baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Çin liderinin qarşılanması mərasimi çinli fotoqraflar, Ağ Evin ştatlı fotoqrafı və Məxfi Xidmət əməkdaşları arasında çinli fotoqrafın harada yerləşə biləcəyi ilə bağlı kifayət qədər yüksək səslə gedən mübahisədən sonra başlayıb.
Məxfi Xidmət çinli jurnalistləri Ağ Evə buraxsa da, CNN, MS NOW telekanallarının və "Politico" qəzetinin amerikalı jurnalistlərini ABŞ prezidentlərinin iqamətgahına giriş hüquqlarının bərpa edilməsi barədə məhkəmə qərarına baxmayaraq, içəri buraxmayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)