Xarici işlər naziri Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib.
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşüb.
"Tərəflər ikitərəfli gündəliyi müzakirə edib, davamlı siyasi dialoqun, yüksəksəviyyəli təmasların, eləcə də BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Nazir Ceyhun Bayramov əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələrini qeyd edib.
O, həmçinin qarşı tərəfə münaqişədən sonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, Ermənistanla davam edən sülh səyləri barədə məlumat verib", - deyə paylaşımda qeyd edilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)