Bakının sayca onuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı Milli Parkın ərazisində klassik avtomobillərin sərgisi keçirilir.
Milli.Az xəbər verir ki, sərgi Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə təqdim olunur. İzləyicilər yarış günlərində Formula 1-in fan zonasında retro avtomobillərlə tanış ola biləcəklər.
Formula 1-in sürət və həyəcan dolu ab-havasını tamamlayan həmin sərgi ziyarətçiləri avtomobil tarixinin müxtəlif dövrlərinə səyahətə dəvət edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)