İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

24 Sentyabr 2026 16:28

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, 43 yaşlı Ovni Muradov Babək rayon Nehrəm kəndində anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Unversitetinin tarix ixtisasını bitirib.

2002-ci ildə əmək fəaliyyətinə  Babək  rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə təyin olunaraq başlayıb. 2014-cü ildə Babək rayon Nehrəm kənd 2 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb.

2016-2018-ci illərdə Babək rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsində çalışıb.

2023-cü il sentyabr ayının 12-dən  2023-cü il oktyabr aynın 16-nadək  Naxçıvan Muxtar Respublikası təhsil nazirinin vəzifələrini müvəqqəti icra etmək ona həvalə edilib.

2024-cü ilin aprel ayında Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)