Xəbər verdiyimiz kimi, Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkan Şanlıurfanın Karaköprü rayonunda, 7,39 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Şanlıurfa ilə yanaşı Qaziantep, Elazığ, Malatya və Diyarbəkirdə də hiss olunub. Yeraltı təkanlardan sonra Diyarbəkirdə bəzi yollarda çatlar əmələ gəlib.
Şanlıurfa valisi Hasan Şıldak zəlzələ nəticəsində insan tələfatının olmadığını açıqlayıb.
Zəlzələnin baş verdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)