"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu sona çatıb.
Ən yaxşı nəticə "Rodin Motorsport"dan Martinius Stenşorne məxsus olub.
"Rodin Motorsport"dan Aleks Dann ikinci, "İnvicta Racing"dən Rafael Kamara üçüncülüyü əldə edə bilib.
xxx
Formula 2 üzrə Azərbaycan Qran-Prisində ikinci sıralama sessiyası başlayıb.
Milli.Az-ın məlumatına görə, Bakı Şəhər Halqasında keçirilən sessiya saat 14:45-də start götürüb.
Qeyd edək ki, bu gün baş tutan sərbəst yürüşdə "Art Grand Prix" komandasının pilotu Kuş Maini ən sürətli nəticəyə imza atıb. Birinci sıralama turunda isə "Rodin Motorsport"un sürücüsü Aleks Dann bütün rəqiblərini qabaqlayaraq sessiyanı lider tamamlayıb.
İkinci sıralama turunun nəticələri şənbə günü keçiriləcək ikinci əsas yarışda pilotların start düzülüşünü müəyyənləşdirəcək.
Xatırladaq ki, Bakıdakı Azərbaycan Qran-Prisi sentyabrın 26-da başa çatacaq.
Müəllif: Tural Hüseyn