Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir

24 Sentyabr 2026 15:12

Ağcabədidə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndində qeydə alınıb.

Kənd sakini Səbinə Cəfərova bıçaq xəsarətləri ilə Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Hadisəni törətməkdə qadının həyat yoldaşı Məhəmmədəli Cəfərov şübhəli bilinir.

Faktla bağlı Ağcəbədi rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)