Argentina millisinin sabiq futbolçusu Mauro İkardi 2099-cu ilə qədər sürücülük hüququndan məhrum edilib.
Milli.Az xəbər verir ki, bu barədə Argentina Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İkardi müddəti başa çatmış sürücülük vəsiqəsi ilə mikroavtobus idarə edib. Hadisə zamanı onun sevgilisi Çina Suares də təhlükəsizlik qaydalarını pozub. Belə ki, o, təhlükəsizlik kəmərini taxmayıb və bədəninin böyük hissəsini nəqliyyat vasitəsinin pəncərəsindən çölə çıxarıb.
Qayda pozuntularına görə İkardinin sürücülük hüququ 73 il müddətinə məhdudlaşdırılıb. Beləliklə, futbolçu 2099-cu ilə qədər avtomobil idarə edə bilməyəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)