Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-Prisinin ilk sıralama sessiyası başa çatıb.
Milli.Az xəbər verir ki, "Rodin Motorsport" komandasının britaniyalı pilotu Aleks Dann sessiyanın ən yaxşı nəticəsini göstərərək birinci olub.
İkinci pilləni Aleks Dannın komanda yoldaşı, norveçli pilot Martin Stenshorn tutub. "Campos Racing" komandasının meksikalı sürücüsü Noel Leon isə sıralamada üçüncü yeri əldə edib.
Qeyd edək ki, ilk sıralama sessiyasının nəticələri sabah keçiriləcək sprint və əsas yarışda start mövqelərinin müəyyənləşdirilməsində əsas götürüləcək.
xxx
Bakıda təşkil olunan Formula 2 üzrə Azərbaycan Qran-Prisində ilk sıralama sessiyası başlayıb.
Milli.Az xəbər verir ki, 20 dəqiqə davam edəcək sıralama turu saat 14:00-da start götürüb.
Bu sessiyanın nəticələri cümə günü keçiriləcək sprint və ilk əsas yarış üçün pilotların start mövqelərinin müəyyənləşdirilməsində əsas olacaq.
Formula 2-də günün ikinci sıralama sessiyası isə saat 14:30-da keçiriləcək. Burada əldə olunacaq nəticələr şənbə günü baş tutacaq ikinci əsas yarışın start düzülüşünü müəyyənləşdirəcək.
Müəllif: Tural Hüseyn