Bakıda təşkil olunan Formula 1 üzrə Azərbaycan Qran-Prisinin sərbəst yürüşü zamanı Kimi Antonelli üçün sessiya vaxtından əvvəl başa çatıb.
Milli.Az xəbər verir ki, "Mercedes" pilotu avtomobilində yaranan problem səbəbindən boliddən düşərək mübarizəni davam etdirə bilməyib.
Kimi Antonelli bildirib ki, onun bolidində hidravlik sistemlə bağlı nasazlıq yaranıb. Bu səbəbdən pilot sərbəst yürüşün sonunadək trasda qala bilməyib.
Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan Qran-Prisi sentyabrın 26-da başa çatacaq.
Müəllif: Tural Hüseyn