Ermənistanda hərbçi partlayış nəticəsində ölüb

24 Sentyabr 2026 13:08

Ermənistanda müqaviləli hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisənin səbəbləri və digər hallar araşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)