Türkiyəli məşhur komediya ustası Cem Yılmaz sosial şəbəkədə etdiyi paylaşımı ilə gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun sonunda infarkt keçirən sənətçiyə daha sonra angioqrafiya tətbiq olunub. Həkimlər isə ona müəyyən müddət ərzində stressdən uzaq qalmağı tövsiyə ediblər.
Avtomobillərə olan marağı ilə tanınan Cem Yılmaz bu dəfə təmir sexindən foto yayımlayıb.
O, paylaşımına "Stressiz işə girdim" qeydini əlavə edərək vəziyyətə yumorla yanaşıb.
Müəllif: Tural Hüseyn