Bakıda "Formula-1" Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşünə yekun vurulub.
Milli.Az xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.
"Red Bull" pilotu Maks Ferstappen isə ikinci olub. "Ferrari" pilotu Şarl Lekler isə üçüncü yerlə kifaytlənib..
XXX
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisinin yarış proqramına start verilib.
Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqasında əsas pilotların ilk sərbəst yürüşü saat 12:30-da başlayıb.
Yarış həftəsinin proqramına əsasən, bu gün Formula 1 üzrə ikinci sərbəst yürüş də keçiriləcək.
Qeyd edək ki, Bakıdakı Azərbaycan Qran-Prisi sentyabrın 26-da başa çatacaq.
Müəllif: Tural Hüseyn